AZ

Roma Everton a qalib gəldi

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Roma" və "Everton" arasında yoldaşlıq görüşü keçirilib.

QOL.az xəbər verir ki, Liverpuldakı qarşılaşma “canavarlar”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun yeganə qolunu 70-ci dəqiqədə argentinalı hücumçu Matius Soule vurub.

A Seriyasının 1-ci turunda, avqustun 23-də “Roma” öz meydanında “Bolonya” ilə qarşılaşacaq. “Everton” isə yeni mövsümdə Premyer Liqadakı ilk oyununu avqustun 18-də səfərdə “Lids”ə qarşı keçirəcək.

Qeyd edək ki, bu yay “Roma”ya “Atalanta”nın sabiq baş məşqçisi Can Pyerro Qasperini rəhbərlik etməyə başlayıb. O, bu vəzifədə Klaudio Ranyerini əvəz edib. “Everton”u isə 2025-ci ilin yanvarından şotlandiyalı Devid Moyes çalışdırır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
65
2
qol.az

3Mənbələr