AZ

Rusiya Ermənistandakı Gümrü bazasına hərbçilər göndərir İDDİA

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazaya əlavə olaraq 200 nəfərlik Federal Təhlükəsizlik Xidmətinin (FSB) sərhədçi briqadasını yerləşdirib.

Globalinfo.az Erməni KİV-lərinə istinadən xəbər verir ki, bu addım bölgədəki təhlükəsizlik vəziyyəti və Rusiya-Ermənistan sərhədindəki mövcud gərginlik fonunda atılıb.

Yeni göndərilən hərbi personalın əsas vəzifəsi sərhədin qorunması və bazanın təhlükəsizliyinin gücləndirilməsi olacaq.

Qeyd edək ki, Gümrü bazası Rusiya Silahlı Qüvvələrinin Ermənistanda ən böyük hərbi obyektidir və 1995-ci ildən fəaliyyət göstərir. Baza həm Ermənistanın şimal-qərbindəki strateji mövqeyinə, həm də Rusiya ilə hərbi əməkdaşlıq çərçivəsində regional təhlükəsizlik roluna görə mühüm əhəmiyyət daşıyır.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
1
globalinfo.az

2Mənbələr