AZ

Gəncədə iki nəfər bıçaqlandı

Gəncədə iki nəfər bıçaqlanıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Gülüstan qəsəbəsində  baş verib.

Belə ki, 1997-ci il təvəllüdlü Kəlbəcər rayon sakini Emin Məmmədov və 2001-ci il təvəllüdlü Röyal Rüstəmov bıçaqlanıb.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. 

Hadisənin təfərrüatları araşdırılır.

Hazırda faktla bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.





Seçilən
81
demokrat.az

1Mənbələr