"İmişli" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, portuqal futbolçu Dieqo Almeydanı transfer edib. 24 yaşlı mərkəz hücumçusu ilə 2 illik müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bölgə təmsilçisi daha öncə Ronaldo Rodriqez de Souza, Azər Salahlı, İbrahim Əliyev, İmam Əli, Rafael Vieqas, Hüseynəli Quliyev, Ezekiel Morqan, Nikola Karaklayiç, Luiz Fernando Silvestr Junioru, Yav Mozes, Tuncay Yusiflini heyətinə cəlb edib.