"Əl Nəsr" rəhbərliyi daha bir "Barselona"lı üçün hərəkətə keçib.

Offsideplus.az xəbər verir ki, söhbət 25 yaşlı hücumçu Ferran Torresdən gedir.

Ötən günlərdə "Barselona" klubundan azad agent kimi İniqo Martinezi transfer edən ərəblər bu dəfə ispaniyalı hücumçunu mütləq şəkildə transfer etməyə çalışır. Katalonlar oyunçunu satmağa müsbət yanaşır.

Qeyd edək ki, Ferran Torres indiyədək "Barselona"da 158 oyuna 44 qol, 20 məhsuldar ötürmə ilə yadda qalıb.