Ajans.az xəbər verir ki, bu barədə İsrail hökumət başçısının ofisi məlumat yayıb. Telefon danışığı zamanı İsrailin Qəzza sektorunda gələcək fəaliyyət planları müzakirə olunub. Ofisin bəyanatında bildirilir ki, Netanyahu və Tramp "müharibəyə son qoymaq, girovları azad etmək və HƏMAS-ı məğlub etmək üçün İsrailin Qəzza sektorunda HƏMAS-ın qalan dayaq məntəqələrini ələ keçirmək planlarını müzakirə ediblər".
"Baş nazir müharibənin başlanğıcından etibarən İsrailə davamlı dəstəyinə görə Prezident Trampa təşəkkür edib", - bəyanatda deyilir.