İsmayıllıda avtomobil körpüdən aşaraq yanıb.
Publika.az Oxu.az-a istinadla xəbər verir, hadisə Göyçay çayının rayonun Qalacıq kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes-Benz" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsi körpüdə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil körpüdən aşıb və yanmağa başlayıb.
Hadisə zamanı avtomobildə olan 3 nəfər - Bakı şəhər sakinləri, Səmra Həsənli, Gülsüm Həsənova və Rüfət Həsənov xəsarət alıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar və yanğın söndürülüb.