AZ

Türkiyədə zəlzələ zamanı 29 nəfər xəsarət alıb, ölən var - Yenilənib

Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda qeydə alınan 6,1 maqnitudalı zəlzələ nəticəsində 1 nəfər ölüb... 

“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

O, qeyd edib ki, dağıntılar altından çıxarılan qoca həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib. Dağılan binanın qalıqları arasında daha bir neçə nəfər xilas edilib.

Nazir iki gün təbii fəlakət zonasında qalacağını, zərər çəkən binalara vurulan ziyanın müəyyənləşdiriləcəyini vurğulayıb.

Qeyd edək ki, təbii fəlakət zamanı 29 nəfər xəsarət alıb. Məlumata görə, zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.

Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Təbiət hadisələri 4.6 və 4.3 maqnitudada qeydə alınıb.

10.08.2025

Türkiyənin Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələ nəticəsində bir sıra binalar dağılıb.

“Report”xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Zərərçəkən binaların görüntüləri yerli mediada yayılıb. Dağıntıların altında insanların qalıb- qalmaması barədə hələ məlumat yoxdur.
Qeyd edək ki, təbiət hadisəsi Sındırğı rayonunda qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib. Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Qeyd edilir ki, təbii hadisələr 4.6 və 4.3 maqnitudada qeydə alınıb.

***

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib.

APA AFAD-a istinadən xəbər verir ki, təkanlar İstanbul da daxil olmaqla, Marmara bölgəsinin bir çox yerində hiss olunub.

Məlumataa görə, zəlzələ yerli vaxtla saat 19:53-də qeydə alınıb və yerin 11 kilometr dərinliyində baş verib.

Poliqon.info

Seçilən
71
50
poliqon.info

10Mənbələr