Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində vətəndaşların rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə abadlıq-quruculuq tədbirləri çərçivəsində küçələrin asfaltlanması işləri sistemli şəkildə davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, müvafiq texnika və canlı qüvvə cəlb olunmaqla Beyləqan şəhəri Rövşən Axundov 2 küçəsində uzunluğu 1030 m olan yolda yeni asfalt örtüyünün salınması artıq yekunlaşdırılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair tapşırıqlarına uyğun olaraq, rayon ərazisində yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər mərhələli şəkildə həyata keçiriləcək.






