AZ

Moskvadan Ermənistan-Türkiyə sərhədlərinin açılmasının konkret tarixi haqda xəbər gəldi...

Ermənistan-Türkiyə sərhədlərinin açılmasının konkret tarixləri məlum deyil, İrəvanla Ankara arasında münasibətlərin normallaşması prosesi İrəvanla Bakı arasında sülh prosesi ilə paralel gedir.
 
Moderator.az xəbər verir ki, tert.am-ın məlumatına görə, bu barədə "RİA Novosti"-yə türk diplomatik mənbəsi bildirib.
 
“Bu mövzu (Türkiyə-Ermənistan sərhədinin açılması – red.) üçün konkret müddət yoxdur.
 
Cənab prezidentin (Türkiyə, Tayyib Ərdoğan - red.) qeyd etdiyi kimi, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi Bakı ilə İrəvan arasında sülh prosesi ilə paralel gedir.
 
"Biz bu istiqamətdə müsbət addımlar görürük, iki ölkə arasında sülh sazişinin imzalanmasından bütün region faydalanacaq", - deyə agentliyin həmsöhbəti bildirib.
 
S.Laçın
Seçilən
22
49
moderator.az

10Mənbələr