AZ

İqlim Dəyişmələrinin Aqrar Sahəyə təsirinə dair maarifləndirmə tədbiri keçirilib - FOTOLAR » AzadMedia.az


“Xaçmaz Kənd Təsərrüfatının İnkişafına Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 6 avqust 2025-ci il tarixində Xaçmaz rayonu Uzunoba kənd İƏV-də “İqlim Dəyişmələrinin Aqrar Sahəyə təsirinə dair Maarifləndirmə”si mövzusunda təlim keçirib.

Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, təlimdə Uzunoba kəndinin 20 sahibkarı iştirak etmişdir. Təlimi Xaçmaz Kənd Təsərrüfatının İnkişafına Dəstək” ictimai birliyinin sədri, layihə rəhbəri Famil Baxışov açıq elan etmiş və vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimiz haqqında danışaraq onların ruhunu 1 dəqiqəlik sükutla yad etmişlər.

Layhənin təlimçisi Fayiq Şeydayev “İqlim Dəyişmələrinin Aqrar Sahəyə təsirinə dair Maarifləndirmə”si mövzusunda ətraflı danışaraq suallara cavab vermişdir. Təlim iştirakçılarından Asif Yaqubov son vaxtlar heyvandarlıq sahəsində xəstəlik və ziyanvericilərin artmasından, bir çox təsərrüfatların nöqsanlarından, bu sahə üzrə baytar texniklərin çatışmamazlığından danışdı. Sahibkar Ceyhun Quliyev isə 1996-cı ildə Ulu Öndərimiz Heydər Əliyev Cənablarının uzaq görən siyasəti nəticəsində Respublikamızda aqrar sahəsində islahatların aparılmasından danışdı. İslahat nəticəsində torpaqların və texnika və tikililərin sahibkara təmənnasız paylanmasını qeyd etdi. Sahibkar Museyibov Telman çıxış edərək belə tədbirlərin müntəzəm keçirilməsini xahiş etdi. Agetliyin və rayon icra hakimiyyətinin belə tədbirlərdə fəallığını yüksək qiymətləndirdi.

Fotolar
Seçilən
12
3
azadmedia.az

4Mənbələr