AZ

İspaniyada şimal bölgələrində meşə yanğınları nəzarət altına alınır

Bakı, TurkicWorld, Nərmin Ağayeva

İspaniyanın şimal bölgələrində həddindən artıq istilər səbəbindən baş verən meşə yanğınlarına qarşı mübarizə davam edir.

TurkicWorld xəbər verir ki, Leon, Ourense, Navarra və Avila bölgələrində 1,5 gündür yanan yanğınların nəzarət altına alınması ilə dünən gecə ehtiyat tədbiri olaraq təxliyə edilən 1500-dən çox insanın evlərinə qayıtmasına icazə verilib.

Yerli hakimiyyət orqanları və Mülki Müdafiə qruplarının məlumatına görə, ən çətin vəziyyət Leon şəhəri ətrafında beş fərqli nöqtədə davam edən yanğınlardır. Hərbi Fövqəladə Hallara Müdaxilə Qrupu (UME) da söndürmə işlərinə dəstək verir. Bəzi yaşayış məntəqələrində 50-yə qədər insanın hələ də evlərinə qayıtmasına icazə verilməyib, bəzi yollar isə bağlıdır.

Ekoloji Keçid və Demoqrafik Mübarizə Nazirliyinin məlumatına əsasən, bu il İspaniyada təxminən 36 min hektar meşə ərazisi yanıb. 500 hektardan çox ərazini əhatə edən böyük yanğınların sayı isə son 10 ilin ortalamasını keçərək 15-ə çatıb.

Seçilən
94
3
turkic.world

10Mənbələr