Bakı, 11 avqust, AZƏRTAC
Avqustun 9-da və 10-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 23,1 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 156 çətənə kolu aşkarlanaraq götürülüb, yabanı halda bitmiş çəkisi 472 kiloqram çəkidə 511 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bu sahədə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.