AZ

Şagird yerdəyişməsi üçün müraciətlərin sayı açıqlandı

Avqustun 11-nə (saat 10:00) olan məlumata əsasən, şagirdlərin yerdəyişməsi elektron xidməti (sy.edu.az) vasitəsilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə 4 063 sorğu yerləşdirilib.

“Cebheinfo.az” xəbər verir ki, 2025-2026-cı tədris ili üzrə ll-lX və Xl siniflər üzrə şagird yerdəyişməsi 5 avqust tarixindən sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

X siniflər üçün isə 12 avqust saat 11:00-dan yerdəyişmə aktivləşdiriləcək. 

Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

Seçilən
64
23
cebheinfo.az

10Mənbələr