AZ

DİN: Son iki gündə 90 cinayətin açılması təmin edilib  

Avqustun 9-da və 10-da ölkə ərazisində qeydə alınan 85, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 60, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb.

Bundan başqa, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 5 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.

Seçilən
63
37
azerbaijan-news.az

10Mənbələr