AZ

Hacıqabulda traktorla avtomobil toqquşub


Hacıqabul rayonunda yol nəqliyyat hadisəsi baş verib. Hadisə Abdulabad kəndi ərazisində qeydə alınıb. Belə ki, “QAZ-31” markalı avtomobillə traktor toqquşub. Qəza nəticəsində Abdulabad kənd sakinləri; 1984-cü il təvəllüdlü Qasımov Elnur Sakit oğlu, 1993-cü il təvəllüdlü Babayev Bayram Müslüm oğlu və 2016-cı il təvəllüdlü Babayev Müslüm Bayram oğlu müxtəlif xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Seçilən
51
13
baki-xeber.com

10Mənbələr