AZ

Naxçıvanda ötən həftə 14 yanğın hadisəsi qeydə alınıb

Ötən həftə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında nazirliyin yanğından mühafizə bölmələri tərəfindən 14 yanğın hadisəsinə çıxış həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan şəhər Tumbul kəndində fərdi yaşayış evinin mətbəx hissəsində, Əliabad qəsəbəsində 5 mərtəbəli yaşayış binasının zirzəmisində, məişət texnikası və avadanlıqları mağazasında, Babək rayonunun Göynük və Ordubad rayonunun Aza kəndlərində tövlə və ot bağlamalarında, Şərur rayonunun Tumaslı, Siyaqut, Yeni Havuş və Culfa rayonunun Saltaq kəndlərində, həmçinin Kəngərli rayonunun Qıvraq qəsəbəsində və Xok kəndində həyətyanı sahələrdə, Şərur rayonunun Xələc kəndində transformatorda və Naxçıvan şəhərində məişət tullantılarında yanğın baş verib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların daha geniş sahələrə yayılmasının qarşısı alınaraq operativ söndürülməsi və insanların həyatının xilas olunması təmin edilib.

"Cebheinfo.az"

Seçilən
36
7
cebheinfo.az

10Mənbələr