AZ

“Barselona”nın futbolçusu “Əl-Nəsr”ə keçməyəcək

“Barselona”nın vingeri Ferran Torres Kataloniya klubunda qalacaq.

İdmanxeber.az-ın məlumatına görə, “Əl-Nəsr” 25 yaşlı ispaniyalı ilə müqavilə imzalamaq niyyətində deyil və transfer danışıqları aparılmır. Futbolçunun özü də bütün diqqətini “Barselona”da oynamağa cəmləyib.

2024/25 mövsümündə Ferran Torres 45 oyun keçirib, 19 qol vurub və 7 məhsuldar ötürmə edib.

Seçilən
9
idmanxeber.az

1Mənbələr