AZ

67 yaşlı Qusar sakini iki nəfəri baltalayıb

67

Qusar rayonunda bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən insident olub.

Məlumata görə, 67 yaşlı Qusar rayon sakini Vəkil Saday oğlu Əlibəyov qaynı, 57 yaşlı Şirin Şəmsəddin oğlu Ömərovu və onun həyat yoldaşı, 49 yaşlı Şəlalə Ömərovanı baltalayıb.

Nəticədə Ş.Ömərov ölüb, Ş.Ömərova isə xəsarət alıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən V.Əlibəyov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır(Report).
Seçilən
18
4
reyting.az

10Mənbələr