AZ

İynə vurulan 1 aylıq körpə öldü

12:56 11.08.2025
12:56 11.08.2025

Siyəzəndə bir aylıq körpə iynədən ölüb.

Mynews.az Lent.az-a istinadən xəbər verir ki, Siyəzən şəhər sakini, bir aylıq Əli Aqşin oğlu Novruzova iynə vururulub. İynədən sonra körpə ölüb.

Uşağın babası Camal Novruzov hüquq-mühafizə orqanlarına bununla bağlı şikayət edib.

Şikayətçi ərizəsində həmyerlisi 1958-ci il təvəllüdlü Mənsurə Cəlal qızı Ağayevanın onun nəvəsi Əli Aqşin oğlu Novruzova iynə vurmasını, nəticədə nəvəsinin ölməsini bildirib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


Seçilən
60
16
mynews.az

10Mənbələr