AZ

Türkiyədə zəlzələ bölgəsinə ilkin yardım üçün vəsait ayrılıb

Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda baş verən 6,1 bal gücündə zəlzələdən sonra bölgədə 237 afterşok qeydə alınıb. Onlardan 10-nun maqnitudası 4 baldan çox olub.

AZƏRTAC xəbər verir ki, bu ölkənin daxili işlər naziri Ali Yerlikaya zəlzələdən sonrakı vəziyyətlə bağlı mətbuata açıqlama verib.

O, zəlzələ bölgəsinə təcili xərclərin ödənilməsi üçün ilkin olaraq 20 milyon lirə ayrıldığını, evini itirən vətəndaşlardan ötrü qısa vaxt ərzində konteynerlərin quraşdırılacağını deyib.

Bildirilib ki, şəhər mərkəzi və iki kənddə ümumilikdə 16 tikili dağılıb, onlardan 4-də yaşayış olub. Axtarış-xilasetmə işlərinə 1100 nəfərdən ibarət canlı qüvvə, 11 axtarış iti və 214 texnika cəlb olunub.

Seçilən
12
4
yeniazerbaycan.com

5Mənbələr