AZ

Putin Alyaska sammitində qalib kimi Trampla danışıqlar masasına əyləşəcək – SENSASİON DETALLAR BİLİNDİ

Türkiyənin “Milliyet” qəzeti yazır ki, Alyaskada keçiriləcək Rusiya–ABŞ sammitində Rusiya Prezidenti Vladimir Putin görüşdə qalib kimi çıxış edəcək.

Eyni zamanda, Ukrayna Prezidenti Vladimir Zelenskinin sammitə dəvət olunmadığı bildirilir.

Qəzet ABŞ prezidenti Trampı pokerdə blöf edən və “all-in” edən oyunçuya bənzədir. Yazıda Trampın əsas məqsədinin oyundan çıxmaq olduğu vurğulanır. Digər tərəfdən, Putin siyasətdə daha çox şahmatçı obrazı yaradır: onun hər bir gedişi əvvəlcədən hesablanmış, şansa inanmadığı və rəqiblərini ayrı-ayrılıqda analiz edərək strategiyasını müəyyənləşdirdiyi qeyd olunur.

Qərb alyansları isə bu vəziyyətdə çaşqınlıq içindədir, vəziyyəti dəqiq dəyərləndirə bilmir.

Musavat.com

Seçilən
27
50
editor.az

10Mənbələr