AZ

Qusarda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Bakı.Trend:

Avqustun 10-u saat 6 radələrində Qusar rayonu ərazisində ŞirinÖmərovun öldürülməsi və Şəlalə Ömərovaya xəsarət yetirilməsi barədərayon prokurorluğuna məlumat daxil olub.

Trend xəbərverir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla Vəkil Əlibəyovun rayonun YuxarıTahircal kəndində yerləşən fərdi yaşayış evində balta ilə çoxsaylıxəsarətlər yetirərək Şirin Ömərovu xüsusi amansızlıqla qəsdənöldürməsinə, Şəlalə Ömərovaya isə xəsarət yetirməsinə əsaslışübhələr müəyyən edilib.

Məlumata görə, faktla bağlı rayon prokurorluğunda CinayətMəcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsiilə cinayət işi başlanıb. Vəkil Əlibəyov rayon prokurorluğutərəfindən şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə ibtidaiistintaq davam etdirilir.

Seçilən
74
24
az.trend.az

10Mənbələr