AZ

“19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsi küləyin yaratdığı fəsadları aradan qaldırıb » AzadMedia.az


Şamaxı rayonunun Həmyəli və Qonaqkənd kəndləri ərazisində güclü külək nəticəsində yol nişanları aşıb. Əraziyə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzdində olan “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin əməkdaşları cəlb olunub.

Qurumdan AzadMedia.az-a verilən məlumata görə, 19 saylı yol istismarı idarəsinin şəxsi heyəti küləyin yaratdığı fəsadları aradan qaldırıb. Dağılan yol nişanları yeniləri ilə əvəz olunub.

Hazırda texnikalar və şəxsi heyət yüksək peşəkarlıq göstərir.

Seçilən
8
azadmedia.az

1Mənbələr