AZ

Məktəbli formaları belə olacaq FOTO

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarına əsasən, ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq olunur".

Modern.az xəbər verir ki, bu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib:

"Valideynlər, xüsusilə övladları birinci sinfə başlayanlar məktəbli forması barədə ətraflı məlumatı agentliyin və yerli bölmələrinin “Çağrı” mərkəzlərindən, eləcə də uşaqlarının təhsil alacağı məktəbdən əldə edə bilərlər".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
20
modern.az

10Mənbələr