AZ

ABŞ-də təyyarə qəzası: Havaya qalxarkən toqquşdular

ABŞ-nin "Delta Air Lines" şirkətinə məxsus təyyarə Atlanta hava limanından havaya qalxarkən başqa bir təyyarə ilə toqquşub...

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Associated Press" nəşri məlumat verib.

Nəşrin məlumatına görə, təyyarənin qanadı boş təyyarəyə toxunub. "FlightAware" xidmətinin bildirdiyinə görə, təyyarə Atlantadan Qvatemalaya uçmalı idi.

Hadisədən sonra sərnişinlər başqa təyyarəyə köçürülüblər. Ümumilikdə hadisə zamanı təyyarədə iki pilot və dörd stüardessa da daxil olmaqla, 198 nəfər olub. Aviaşirkətin mətbuat xidməti xəsarət alanların olub-olmadığı barədə məlumatın daxil olmadığını bildirib.

Poliqon.info

Seçilən
26
50
poliqon.info

10Mənbələr