AZ

Zəngəzur dəhlizinin reallaşdırılması

Yeniazerbaycan saytından alınan məlumata görə, ain.az bildirir.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili, xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və yüksək beynəlxalq nüfuza malik olan dövlətinə çevrilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-a rəsmi səfəri ölkəmizin diplomatiya tarixində mühüm bir mərhələ kimi yadda qalacaq. Vaşinqtonda keçirilən yüksək səviyyəli görüşlər çərçivəsində imzalanmış Birgə Bəyannamə regionda uzun illər davam edən münaqişə və gərginliyin aradan qaldırılması istiqamətində əhəmiyyətli siyasi sənəd kimi dəyərləndirilir.

Sənəddə tərəflər arasında sülh sazişinin paraflanması və tez bir zamanda imzalanması istiqamətində qəti iradə nümayiş etdirilmiş, eyni zamanda, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz tranzit əlaqəsini təmin edəcək Zəngəzur dəhlizinin reallaşdırılması razılaşdırılmışdır. Bu addım təkcə iqtisadi əlaqələrin möhkəmlənməsinə deyil, həm də regionda sabitliyin və əməkdaşlığın güclənməsinə xidmət edəcəkdir.

Bəyannamədə həmçinin, illərdir fəaliyyət göstərməyən və sülh prosesinə töhfə verə bilməyən vasitəçilik mexanizmlərinin – o cümlədən ATƏT-in Minsk Qrupunun – fəaliyyətinə son qoyulması barədə birgə mövqe ifadə edilmişdir. Bu, Azərbaycan diplomatiyasının prinsipial mövqeyinin beynəlxalq səviyyədə qəbul edildiyinin göstəricisidir.

Prezident İlham Əliyev səfər çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə görüşərək ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini müzakirə etmiş, enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri, regional sabitlik və sülh prosesinə dair əhatəli fikir mübadiləsi aparmışdır. Bununla yanaşı, ABŞ dövlət katibi, energetika naziri və aparıcı işgüzar dairələrin nümayəndələri ilə keçirilən görüşlərdə Azərbaycan–ABŞ əməkdaşlığının yeni istiqamətləri müəyyən edilmiş, SOCAR ilə ExxonMobil arasında enerji sahəsində əməkdaşlıq sənədləri imzalanmışdır.

Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanan sənədlər, o cümlədən strateji tərəfdaşlıq münasibətlərinin inkişafına dair razılaşmalar, ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirmişdir. Bu səfər həm ikitərəfli, həm də regional miqyasda sülh, sabitlik və əməkdaşlıq naminə atılmış tarixi addımdır.

Azərbaycan diplomatiyasının bu uğuru, dövlət başçımız, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin uzaqgörən siyasətinin və qətiyyətli mövqeyinin növbəti təntənəsidir.

YAP Ağdam rayon təşkilatının sədri

Mansur Quliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
93
50
yeniazerbaycan.com

10Mənbələr