AZ

 “Zirə” – “Araz Naxçıvan” matçının vaxtı dəyişdirildi

Misli Premyer Liqasında 1-ci turun “Zirə” – “Araz Naxçıvan” matçının vaxtı dəyişdirilib.

İdmanxeber.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb. 

Qeyd olunub ki, “Araz-Naxçıvan” Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Omoniya” klubu ilə keçiriləcək görüşdən sonra komanda vətənə uçuş biletlərinin saatları ilə əlaqədar yaranmış vəziyyət səbəbindən əvvəlcədən nəzərdə tutulmuş vaxtdan gec qayıdacaq. Bu səbəbdən “Araz-Naxçıvan” “Zirə” FK ilə Misli Premyer Liqasının 2025/26-cı illər mövsümünün ilk turunun 18 avqust tarixində keçirilməsi planlaşdırılan görüşünün 19 avqust tarixinə keçirilməsini xahiş edib.

“Araz-Naxçıvan”ın müraciətini, “Zirə”nin rəsmi razılıq məktubunu nəzərə alaraq Peşəkar Futbol Liqası qarşılaşmanın 19 avqust saat 20:00-da Zirə İdman Kompleksinin stadionunda start götürməsinə qərar verib.

Seçilən
32
12
idmanxeber.az

10Mənbələr