ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Velosiped idmanı üzrə müxtəlif yaş qruplarından ibarət milli komandalarımızın Gədəbəy rayonunda təlim-məşq toplanışı davam edir.
İdman.biz Azərbaycan Velosiped Federasiyasına istinadən xəbər verir ki, avqustun sonunadək davam edəcək hazırlıq prosesi dəniz səviyyəsindən 1500-1700 metr yüksəklikdə keçirilir.
Dağlıq ərazidə keçirilən təlim-məşq toplanışı yığma üzvlərinin oktyabrda Fransada keçriləcək Avropa çempionatına hazırlığı üçün olduqca önəmlidir.
Qeyd edək ki, hazırlıq mərhələsinə avqustun 6-da start verilib.
İdman.biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.