AZ

Makron və Paşinyan arasında telefon danışığı oldu

Fransa Prezidenti Emmanuel Makron və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.Metbuat.az xəbər verir ki, bu barədə Emmanuel Makron "X" hesabında paylaşım edib. Fransa Prezidenti ABŞ-nin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə olunan münasibətlərin normallaşdırılmasına dair razılaşmanı alqışladığını bildirib.O, bu razılaşmanın tezliklə hər iki tərəfin maraqlarına uyğun sülh müqaviləsinin imzalanmasına və ratifikasiyasına gətirəcəyinə ümid etdiyini vurğulayıb.

"Fransa Ermənistanın suverenliyi və ərazi bütövlüyünə tam dəstəyini, həmçinin Cənubi Qafqazda sülh və rifaha sadiqliyini bir daha təsdiqləyir. Paris bölgədə əlaqələrin gücləndirilməsi və əməkdaşlığın artırılması istiqamətində səylərə dəstək verməyə hazırdır".

Seçilən
21
50
metbuat.az

10Mənbələr