AZ

“Koroğlu” metro stansiyasından şəhər və əks istiqamətlərdə hərəkət tam məhdudlaşdırılacaq

Bakı, 11 avqust, AZƏRTAC

Avqustun 12-də saat 08:00-dan etibarən 10 gün müddətinə Bakı şəhərinin Nərimanov rayonu, “Bağırov” körpüsünün üzərindəki geriyə dönmədə (“Koroğlu” metro stansiyasından şəhər və əks istiqamətlərdə) “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları xahiş olunur.

Seçilən
36
50
azertag.az

10Mənbələr