AZ

Azərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflayıb

Azərbaycan və Ermənistan xarici işlər nazirləri 8 avqust 2025-ci il tarixində “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. 

Sazişin paraflanması mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə baş tutub.

Sazişin ingilis dilində rəsmi mətni ictimaiyyətə təqdim olunub. Sənədin Azərbaycan dilinə qeyri-rəsmi tərcüməsi də açıq şəkildə paylaşılıb.

Eyni zamanda, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Minsk Prosesi və ona bağlı strukturların – ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupu – fəaliyyətinin dayandırılması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət ünvanlayıblar.

 

Seçilən
24
50
anews.az

10Mənbələr