AZ

Mark Rüttedən Ukrayna açıqlaması: “Yaxın dövrdə...”

Rusiya və ABŞ prezidentlərinin 15 avqustda Alyaskada keçirəcəyi zirvənin nəticəsi nə olursa olsun, Ukraynaya silah tədarükünün davam edəcəyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə NATO Baş katibi Mark Rütte “CBS News”-ə verdiyi müsahibədə bildirib.

“Niderland və Skandinaviya ölkələrinin öhdəliklərini əhatə edən ilk iki yardım paketini artıq təsdiqləmişik”, - deyə Mark Rütte əlavə edib. 

NATO rəhbəri, qarşıdakı günlər və həftələrdə yeni silah tədarükü elanlarının gözlənildiyini bildirib.

Onun bu açıqlaması, Qərb müttəfiqlərinin Ukraynaya dəstəklərini davam etdirməkdəki qətiyyətini bir daha ortaya qoyub.

NATO-nun bu açıqlaması isə Ukraynada “sülh istəmədikləri” yönündə şərhlərə səbəb olub.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun əvvəlki açıqlamasına görə, 15 avqustda keçiriləcək Alyaska görüşməsində Rusiya–Ukrayna münaqişəsinin həlli yolları müzakirə olunacaq.

Lakin NATO rəsmiləri, bu görüşmələrin nəticəsindən asılı olmayaraq Kiyev hökumətinə hərbi dəstək verməyə davam edəcəklərini vurğulayırlar.

Diplomatik dairələr, Mark Rüttenin bu açıqlamasını NATO-nun Ukrayna məsələsindəki mövqeyinin açıq göstəricisi kimi qiymətləndirir.

Xüsusilə ABŞ-Rusiya görüşməsinin mümkün nəticələrinə baxmayaraq, Qərb alyansının Kiyevə dəstəyini davam etdirməsi, Ukraynanın əlini gücləndirən amil kimi görülür.

NATO rəsmiləri, yaxın dövrdə Ukraynaya hərbi yardımların artaraq davam edəcəyi mesajını verərkən, Rusiyanın bu hadisələrə necə reaksiya göstərəcəyi maraqla gözlənilir.

Alyaska zirvəsi öncəsi gərginliyin daha da arta biləcəyi ehtimalı ekspertlər tərəfindən səsləndirilir.

Seçilən
43
10
cebheinfo.az

10Mənbələr