“Müstəqil ölkələrin sərhədləri güc yolu ilə dəyişdirilə bilməz və ona görə də Alyaskada Tramp-Putin danışıqlarının nəticələrinə əsasən, Rusiya özünü qalib kimi hiss etməməlidir, çünki bundan təkcə Ukrayna deyil, bütün Avropa uduzacaq”.
Referans xəbər verir ki, bunu Polşa Baş naziri Donald Tusk deyib.
Baş nazir bildirib ki, Ukrayna ilə bağlı heç bir qərar, o cümlədən ərazilərin mümkün mübadiləsi Kiyevin iştirakı olmadan qəbul edilə bilməz.
“Alyaskada danışıqlar Putinə qələbəsini elan etmək imkanı verməyəcək şərtlərlə yekunlaşdırılmalıdır. Bizim üçün Ukraynanın ərazi bütövlüyü və suverenliyi məsələsi təkcə qonşumuzla həmrəylik məsələsi deyil, hər şeydən əvvəl təhlükəsizliyimiz məsələsidir”, - Tusk bildirib.
Polşa baş naziri əlavə edib:
“Bu gün Putinin təklifi ondan ibarətdir ki, Rusiyanın əlində olanı, yəni ələ keçirdiyi şeyləri verməyəcək, Ukrayna da bununla razılaşmalıdır. Bunun Ukrayna üçün qəbuledilməz olması təəccüblü deyil. Ərazi güzəşti davamlı sülhün açarı deyil”.
Tuskun sözlərinə görə, Alyaskada aparılan danışıqların nəticələrinə baxmayaraq, Polşa, Avropa İttifaqı və NATO yaxın gələcəkdə - 2027-ci ilə qədər Rusiyadan təcavüz aktına hazır olmalıdır.
“Artıq hamımıza məlumdur və bu həm ABŞ, həm də digər NATO ölkələrinin proqnozudur ki, Rusiya yaxın illərdə Polşa da daxil olmaqla, region ölkələrinə çağırış və ya təhlükə yaradacaq. Ona görə də biz imkan verə bilmərik ki, Rusiya bu münaqişədən güclənərək və cəzasız çıxsın”./Sfera.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta