AZ

İyirmi iki yaşlı gəncə ömürlük həbs cəzası verildi

Azərbaycan Beynəlxalq Universitetinin (ləğv edilib-red) xaricdə yaşayan rektoru Elşad Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Baş Prokurorluğun İstintaq İdarəsində aparılan ibtidai istintaqın yekununda E.Abdullayevə Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) 311.3.1, 311.3.2, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) və 29, 312.2-ci (rüşvət verməyə cəhd etmə) maddələri ilə ittiham verilib.

Qiyabi icraat qaydasındakı cinayət işini Fəxri Məmmədovun sədrlik etdiyi hakimlər araşdıracaq. Yaxın günlərdə ilk iclas keçiriləcək.

Sabiq rektora ibtidai istintaqda şəxsən iştirak etmək, özünün seçimi əsasında müdafiəçi vasitəsilə təmsil olunmaq və digər prosessual hüquqlarından istifadə etmək təklif edilsə də o, ölkə hüdudlarından kənarda olduğundan bu hüquqlarından istifadə etməyib.

Dövlət tərəfindən təyin edilən vəkilin iştirakı ilə E.Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, daha sonra iş üzrə ibtidai araşdırma tamamlanıb.

Qeyd edək ki, E.Abdullayevdən əlavə xaricdə olan bir neçə bloqer haqda da ibtidai istintaq aparılıb. Sonuncu dəfə Qabil Məmmədova qiyabi 16 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Seçilən
91
50
avtosfer.az

10Mənbələr