AZ

İran Fars körfəzində xarici neft tankerini ələ keçirdi

İran Fars körfəzində xarici neft tankerini ələ keçirib.

Moderator.az bu barədə "Mehr" agentliyinə istinadla xəbər verir.

Məlumata görə, İran sərhədçiləri "Feniks" adlı gəmiyə Hörmüzqan əyalətinin sahillərində əməliyyat keçiriblər. Tankerin 18 milyon dollar dəyərində, 2 milyon litrdən çox dizel yanacağı daşıdığı müəyyən edilib.

Rəsmi açıqlamada yükün qaçaqmalçılıq yolu ilə daşındığı bildirilib. Qaçaqmalçılıqda şübhəli bilinən 17 əcnəbi saxlanılıb. Gəminin hansı ölkəyə məxsus olduğu açıqlanmayıb.

Seçilən
17
8
moderator.az

10Mənbələr