Türkiyənin Aydın vilayətində avtobusla minik avtomobili toqquşub.
"Report" "Sabah"a istinadən xəbər verir ki, hadisə Germencik rayonunda qeydə alınıb.
Qəza nəticəsində 14 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər, üçünün vəziyyəti ağırdır.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başladılıb.