“Karvan-Yevlax” yeni mövsümdə geyinəcəyi formaları təqdim edib.
Premyer Liqaya bu il vəsiqə qazanan bölgə klubu 3 fərqli dəstə üstünlük verəcək.
Sportinfo.az xəbər verir ki, komandanın əsas geyim dəsti ağ-qara olacaq. Səfər geyimi ağ-qırmızı, ehtiyat dəst göy rəngdədir.
“Djevo”dan sifariş edilən geyimlərdə komandanın titul sponsorunun “Azneftemash” olacağı görünür.