AZ

Qəzzada Netanyahu ordusunun qətl etdiyi 5 jurnalistin dəfn mərasimi keçirildi...-FOTOLAR+VİDEO

Qəzza şəhərində yüzlərlə fələstinli “Əl-Cəzirə” telekanalının müxbiri Ənəs əl-Şərif də daxil olmaqla İsrailin hava hücumu nəticəsində “Əl-Şifa” xəstəxanası qarşısında həlak olan 5 əməkdaşının dəfn mərasimində iştirak edib.
 
Moderator.az-ın “Əl-Cəzirə”yə istinadla verdiyi xəbərdə deyilir ki, bazar ertəsi böyük izdiham jurnalistlərin nəşlərini “Əl-Şifa” xəstəxanasından Qəzzanın mərkəzindəki Şeyx Radvan qəbiristanlığına apararaq dəfn mərasiminə qatılıb.
Həmkarlar, dostlar və qohumlar kədər içində qucaqlaşıblar, bir kişi "mətbuat"-“press” yazılı gödəkçəni izdihamın üzərinə qaldırıb.
 
10 avqust -bazar günü axşam saatlarında baş verən qətliamda yeddi nəfər, o cümlədən müxbir Muhammed Qregeh, kamera operatorları İbrahim Zaher, Moamen Aliva və Muhammed Noufal həlak olub. Ölənlər arasında müstəqil müxbir Məhəmməd əl-Xaldi də var. Sərhədsiz Reportyorlar (“RSF”) Təşkilatı hücumda daha 3 jurnalistin yaralandığını bildirib.
 
“Əl-Cəzirə” tərəfindən təsdiqlənən görüntülərdə yas mərasimi iştirakçıları qətllərə qarşı şüarlar səsləndirib, bəziləri öldürülən jurnalistə istinad edərək “Canımız və qanımızla sənə qurban, Ənəs” vədlərini veriblər.
 
“Əl-Cəzirə” media çəbəkəsi İsrail hərbçilərini jurnalistlərin mövqeyinə qəsdən zərbə endirməkdə ittiham edərək, İsrail qüvvələrinin məqsədli qətliamını pisləyib. “İsrail ordusu cinayətlərini etiraf edib” deyən şəbəkə hücumu “mətbuat azadlığına növbəti açıq və qəsdən hücum” kimi qiymətləndirib.
 
Əl-Şərifin  "Qəzzanın ən cəsur jurnalistlərindən biri" olduğunu söyləyən “Əl-Cəzirə” hücumun "Qəzzanın işğalı ərəfəsində səsləri susdurmaq üçün əbəs cəhd" olduğunu söyləyib.
 
İsrail ordusu Qəzzada “Əl-Cəzirə”nin jurnalistlərini öldürdüyünü etiraf edərək, yalandan guya Əl-Şərifin “HƏMAS” hücrəsinə rəhbərlik etdiyini iddia edib.
Jurnalistləri Müdafiə Komitəsi (“CPJ”) bu qətllərdən “dəhşətə düşdüyünü” bildirib. “CPJ”-nin regional direktoru Sara Qudah deyib: 
 
“İsrailin etibarlı sübutlar təqdim etmədən jurnalistləri yaraqlı kimi qələmə verməsi onun niyyəti və mətbuat azadlığına hörməti ilə bağlı ciddi suallar yaradır... Bu qətllərə görə məsuliyyət daşıyanlar cavab verməlidir...”
 
Media nəzarəti təşkilatı –“RSF” həmçinin Əl-Şərifin “İsrail ordusu tərəfindən etiraf edilən qətli” kimi xarakterizə etdiyi hadisəni pisləyib və onu “Qəzza zolağından olan ən məşhur jurnalistlərdən biri və “İsrailin Qəzzada fələstinlilərə tətbiq etdiyi əzab-əziyyətin səsi” adlandırıb. Qrup, hücumun 2023-cü ildə İsrail tərəfindən "terrorçu" olaraq adlandırılan “Əl-Cəzirə” kanalının əməkdaşı İsmayıl əl-Coulun öldürülməsini xatırlatdığını bildirib.
 
Əl-Şərifə sui-qəsd İsrailin qaçqınlar düşərgəsindəki ailəsinin evini bombalamasından və onun 65 yaşlı atasını öldürməsindən bir ildən çox sonraya təsadüf edir.
 
Fələstinli jurnalistlərin öldürülməsi İsrailin təhlükəsizlik kabinetinin Qəzza şəhərini ələ keçirmək və bir milyona yaxın insanı məcburi köçkün etmək planını təsdiqlədikdən bir neçə gün sonraya təsadüf edir.
 
Fələstinlilər, hüquq qrupları və hüquq ekspertləri iki milyondan çox insanın yaşadığı Qəzzanın hələ də İsrailin işğalı altında olduğuna işarə ediblər. İsrailin icazəsi olmadan heç nə içəri girə və ya çıxa bilməz. Martın 2-dən bəri İsrailin ümumi blokadası aclıq böhranına səbəb olub və son bir neçə həftə ərzində 100-dən çox uşaq da daxil olmaqla 200-dən çox insanın ölümünə səbəb olub...

 

S.Laçın
 
Seçilən
49
10
moderator.az

10Mənbələr