AZ

Azərbaycanın voleybol millisi Belçikaya yollanıb

Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyun üçün Belçikaya gedib.

Azərbaycan Voleybol Federasiyasından "Report"a verilən məlumata görə, yığma Roeselare şəhərinə yollanıb.

Komanda avqustun 13-də yerli komanda ilə üz-üzə gələcək. Qarşılaşma yerli vaxtla saat 20:15-də start götürəcək.

Ötən il bu komandalar arasında baş tutmuş ilk oyunda rəqibin 3:0 hesablı qələbəsi qeydə alınıb.

Qitə birinciliyinin təsnifat mərhələsində çıxış edən millinin yekun heyəti:

Hücumçular: Vüsal Qurbanov, Andrey Melnikov, Cavid Əzimov, Aslan Həmidov, Ruslan Əliyev, Kənan Həsənli, Mirəşrəf Rzazadə

Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Ramazan Ağabəyov

Toppaylayıcılar: Mirhasil Seyidli, Əmirmehdi Ablou

Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov

Baş məşqçi: Fərid Calalov

Köməkçi məşqçilər: Akif Vəliyev, Cəlil Cəlilov

Seçilən
10
5
report.az

6Mənbələr