AZ

Naxçıvanda istehlakçılara geri qaytarılan ƏDV məbləği məlum olub

Bakı. Trend:

Pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdənalınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqolluiçkilər və tütün məmulatları istisna olmaqla), tibb müəssisələri vəözəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindəngöstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin bir hissəsiningeri qaytarılması ilə bağlı innovativ layihə olan “ƏDV geri al”mexanizminin tətbiqi Naxçıvan Muxtar Respublikasında da uğurladavam etdirilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumatagörə, indiyədək MR-də layihə çərçivəsində istehlakçılara 3,3 milyonmanata yaxın ƏDV məbləği geri qaytarılıb.

Məlunata əsasən, bu ilin yanvar – iyul aylarında istehlakçılaraqaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 23 faiz artaraq984,8 min manat olub.

Bildirilib ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmalarındaha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsininqarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinəimkan yaradıb.

"2025-ci ilin yanvar – iyul aylarında Naxçıvanda yeni nəsilnəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 274milyon manatdan artıq olub ki, bu da ötən ilin eyni dövrü iləmüqayisədə 21,1 faiz çoxdur", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Seçilən
40
3
az.trend.az

7Mənbələr