AZ

Əhaliyə və biznesə borc verən təşkilat özü illik 15 faizlə 1 milyon manat borc aldı

25 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi.

Birjanın yaydığı məlumata görə, qeyd olunan AZ2009019202 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 12.08.2025-ci il tarixində yekunlaşıb. 

Marja.az xəbər verir ki, illik 15 faiz gəlir vəd edən 1 milyon manatlıq istiqrazlara 50 investor 50 sifariş təqdim edib. İstiqrazlar tam məbləğdə yerləşdirilib. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "FINCA Azerbaijan" MM QBKT

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2009019202

İstiqraqzların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:  Kütləvi/ Birqiymətli hərrac

İstiqrazların sayı:  10 000 ədəd

İlkin ticarət qiyməti:  100 manat

Buraxılış həcmi:  1 000 000 manat

İllik gəlirlilik faizi:  15%

Ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti: 18 ay

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 1 000 000 manat

Reallaşdırılmış həcm:  1 000 000 manat

Hərrac qiyməti:  100 manat

İnvestor sayı:  50

Sifariş sayı:  50

Anderrayter:  “Unicapital İ.Ş.” ASC

Seçilən
85
12
marja.az

10Mənbələr