AZ

PAŞA Bankın 40 mln. manatlıq istiqrazlarına 65 investor müraciət edib

25 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “PAŞA BANK” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan istiqrazların abunə yazılışı 30.07.2025-ci il tarixində başlayıb, 12.08.2025-ci il tarixinə (bu tarix də daxil olmaqla) kimi 10 (on) iş günü ərzində yekunlaşmışdır.

“PAŞA BANK” ASC-in istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi isə 14.08.2025-ci il tarixində baş tutmuşdur.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “PAŞA BANK” ASC Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2006006624 İstiqrazların növü və forması Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar Ticarət üsulu/forması Kütləvi / Abunə yazılışı İstiqrazların sayı 40,000 ədəd İlkin ticarət qiyməti 1,000 AZN İstiqrazların buraxılış həcmi 40,000,0000 AZN Kupon ödənişi 10.5% Ödəmə Periodu İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir Tədavül müddəti 12 ay Minimal qiymət 1,000.0000 (10.50%) AZN Maksimal qiymət 1,005.7408 (9.89%) AZN Kəsmə qiyməti 1,003.7597 (10.10%) AZN Ortaçəkili qiyməti 1,002.7773 (10.20%) AZN Reallaşdırılmış həcm 40,000,0000 AZN Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) 90,121,0000 AZN Abunə yazılışında iştirak etmiş investor sayı 65 Sifarişi icra edilmiş investor sayı 54 Abunə yazılışında təklif edilmiş sifariş sayı 74 İcra edilmiş sifariş sayı 54 Anderrayter Əsas Anderrayter: “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC

Anderrayter: “Unicapital İnvestisiya Şirkəti” ASC Anderrayter: “CPM-Invest İnvestisiya Şirkəti” ASC

Seçilən
61
12
banker.az

10Mənbələr