AZ

PAŞA Kapital vasitəsilə PAŞA Bank istiqrazlarına 90 milyon manatdan artıq sifariş

13 ildən artıqdır ki, ölkənin kapital bazarlarının aparıcı investisiya şirkəti PAŞA Kapital növbəti uğurlu anderrayter layihəsinə imza atıb. Şirkət, korporativ maliyyə sahəsində 18 ildən artıq təcrübəyə malik və etibarlı tərəfdaş kimi tanınan PAŞA Bank-ın istiqrazlarının ilkin yerləşdirilməsini uğurla tamamlayaraq, sifarişlərin ümumi məbləğinin 90 371 292,05 AZN təşkil etməsini təmin edib. Bu da emissiya həcmini iki dəfədən artıq üstələyib.

Emissiya həcmi 40 milyon AZN olan istiqrazlara ən çox maraq hüquqi şəxslər tərəfindən göstərilib. Ümumilikdə 20-si fiziki, 54-ü isə hüquqi şəxs olmaqla, 74 sifariş daxil olub.

Yerləşdirilən sifarişlərin həcm bölgüsünə əsasən:

Fiziki şəxslər: Sifarişlərin ümumi həcmi – 5,232,284.80 AZN; 13,02% Hüquqi şəxslər: Sifarişlərin ümumi həcmi – 34,952,659.54 AZN; 86,98%

İstiqrazları abunə yazılışı dövründə əldə edə bilməyən şəxslər təkrar bazarda iştirak edərək istiqraz sahibi ola bilər. PAŞA Bank istiqrazları üzrə faiz (kupon) ödənişləri 14 avqust 2025-cü il tarixindən hesablanmağa başlanılıb və ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir.

PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.

 

Seçilən
7
5
banker.az

10Mənbələr