AZ

PAŞA Bankın 40 milyonluq istiqrazlarına böyük maraq

25 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "PAŞA BANK" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan istiqrazların abunə yazılışı 30.07.2025-ci il tarixində başlayıb, 12.08.2025-ci il tarixinə (bu tarix də daxil olmaqla) kimi 10 (on) iş günü ərzində yekunlaşmışdır.

"PAŞA BANK" ASC-in istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi isə 14.08.2025-ci il tarixində baş tutmuşdur.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "PAŞA BANK" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2006006624

İstiqrazların növü və forması:  Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:  Kütləvi / Abunə yazılışı

İstiqrazların sayı:  40 000 ədəd

İlkin ticarət qiyməti: 1 000 AZN

İstiqrazların buraxılış həcmi:  40 000 000 AZN

Kupon faizi:  10.5%

Ödəmə Periodu:  İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti:  12 ay

Minimal qiymət:  1000 (10.50%) AZN

Maksimal qiymət% 1005,7408 (9.89%) AZN

Kəsmə qiyməti: 1003,7597 (10.10%) AZN

Ortaçəkili qiyməti: 1002,7773 (10.20%) AZN

Reallaşdırılmış həcm:  40 000 000 AZN

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 90 121 000 AZN

Abunə yazılışında iştirak etmiş investor sayı: 65

Sifarişi icra edilmiş investor sayı: 54

Abunə yazılışında təklif edilmiş sifariş sayı:  74

İcra edilmiş sifariş sayı: 54

Anderrayter:  Əsas Anderrayter: “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC

Anderrayter: "Unicapital İnvestisiya Şirkəti" ASC

Anderrayter: "CPM-Invest İnvestisiya Şirkəti" ASC

Seçilən
59
1
marja.az

10Mənbələr