AZ

“Qəbələ”nin futbolçusu Nigeriya millisinə dəvət alıb

“Qəbələ”nin futbolçusu Salihu Nasiru Nigeriyanın U-20 milli komandasına dəvət alıb. 

Operativ Media xəbər verir ki, gənc futbolçu avqustun 18-də başlayacaq təlim-məşq toplanışında iştirak edəcək. Nigeriya sentyabrın 27-də Çilidə start götürəcək 20 yaşlılar arasında dünya çempionatının final mərhələsində mübarizə aparacaq. 

Qeyd edək ki, 18 yaşlı Nasiru daha öncə Nigeriyanın U-20 millisinin heyətində 4 oyun keçirib.

Seçilən
4
15
operativmedia.az

10Mənbələr