AZ

Həbsdə olan iş adamının ailəsi Ermənistandan 500 milyon dollar tələb edir

Həbsdə olan iş adamı Samvel Karapetyanın ailəsi hakimiyyətin milliləşdirdiyi “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin işi üzrə Ermənistana qarşı arbitraj investisiya iddiası qaldırıb.

"Unikal" xəbər verir ki, onlar tələb edirlər ki, arbitraj məhkəməsi Ermənistanı həm artıq dəymiş ziyanı, həm də gözlənilən zərəri ödəməyə məcbur etsin. İlkin hesablamalara görə, dəymiş ziyanın məbləği 500 milyon dollardır.

İyunun 18-də “Taşir” Şirkətlər Qrupunun sahibi Samvel Karapetyan hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunaraq iki ay müddətinə həbs edilib.

Seçilən
87
1
unikal.az

10Mənbələr