AZ

15 ildən sonra doğma klubuna qayıda bilər

“Atletiko”dan ayrılan müdafiəçi Sesar Aspilikuetanın gələcəyi bəlli olub.

90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, 35 yaşlı futbolçu karyerasını yetişdiyi klub olan “Osasuna”da davam etdirə bilər.

Pamplona təmsilçisi təcrübəli oyunçu ilə müqavilə imzalamaq üçün agenti ilə artıq əlaqə saxlayıb.

Aspilikueta “Osasuna”nın yetirməsidir və 15 il əvvəl – 2010-cu ilin yayında “Marsel”ə transfer olunaraq klubdan ayrılıb. Daha sonra o, uzun illər “Çelsi”də, ardınca isə “Atletiko”da çıxış edib.

“Osasuna” 2025/2026 mövsümünə 19 avqust, çərşənbə axşamı başlayacaq. İlk turda komanda səfərdə “Real Madrid”in qonağı olacaq.

Seçilən
39
33
90deqiqe.az

10Mənbələr