AZ

Sloveniya mətbuatında Azərbaycan diasporunun tədbiri işıqlandırılıb

Yazını böyüt
Yazını kiçilt

Sloveniyada fəaliyyət göstərən Azərbaycan Türk Mədəniyyəti Assosiasiyası Lyublyana şəhərində keçirilən “Yay məktəbi” layihəsi çərçivəsində uşaqlar üçün xüsusi gün təşkil edib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbir Sloveniya ictimaiyyətində və mətbuatında böyük maraq doğurub.

Komitədən hafta.az-a bildirilib ki, yerli mətbuatda uşaqlar üçün xüsusi proqram hazırlandığı, musiqili animatorun iştirakı ilə müxtəlif oyunların təşkil edildiyi, həmçinin iştirakçılara hədiyyələr və Azərbaycan haqqında məlumat vərəqələrinin verildiyi yazılıb.

Dram, rəqs və musiqi qruplarının formalaşdırıldığı, uşaqlara idman, əl işləri və digər tematik fəaliyyət sahələri üzrə seçim imkanı yaradıldığı bildirilib. Eyni zamanda, uşaqların komandalar üzrə müxtəlif oyunlara qatıldığı, ünsiyyət bacarıqlarını inkişaf etdirdiyi vurğulanıb. Təqdim olunan sehrbaz şousunun böyük maraqla qarşılandığı və bu tədbirin yerli media orqanlarında geniş şəkildə işıqlandırıldığı diqqətə çatdırılıb.

Layihənin mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi və uşaqların sosial bacarıqlarının gücləndirilməsi baxımından əhəmiyyəti ifadə olunub.

Seçilən
7
3
hafta.az

4Mənbələr