AZ

Şəfa Qəbələ toplanışında 3 sınaq matçı keçirəcək AÇIQLAMA

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

1-ci Liqa təmsilçisi "Şəfa" çempionatın hazırlığını Qəbələdə davam etdirəcək.

Bunu Fanat.Az-a Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli deyib.

Gənc mütəxəssis hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirməyi planlaşdırdıqlarını da diqqətə çatdırıb: "Hazırlığın Qəbələ mərhələsi 20-28 avqust aralığında olacaq. Üç yoxlama oyunu nəzərdə tutulub. Avqustun 21-də "Ordu" ilə qarşılaşacağıq. Ayın 24-də növbəti sınaq qarşılaşmasına çıxacağıq. Bu rəqibin kimliyi hələ dəqiqləşməyib. Avqustun 27-də isə Küveytin elita komandalarından biri ilə üz-üzə gələcəyik".

Xatırladaq ki, "Şəfa" daha öncə 3 yoxlama oyunu keçirib. Paytaxt komandası "Şimal"ı 1:0, "Neftçi"nin əvəzedicilərini və "Cəbrayıl"ı isə 2:1 hesabı ilə üstələyib.

Nihat 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
fanat.az

1Mənbələr